Binəqədidəki yanğın məhdudlaşdırıldı – Video

0
10992
bineqedi-yangin-fhn-yanginsondurme

Paytaxtın Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

***

FHN-in məlumatına əsasən, yanğın havanın küləkli olmasına baxmayaraq, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənərək ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Əvvəlki məqaləBakıda və Abşeronda tozun miqdarı normadan iki dəfəyə yaxın artıqdır – RƏSMİ