Regionlarda çalışan uşaq anestezioloq-reanimatoloqlarının aylıq əməkhaqqı 1 450 manatdan 3 000 manata yüksələcək.
Bineqedi.com xəbər verir ki, bu, 107 faiz artım deməkdir.
Neonatoloqların əməkhaqqı 1 450 manatdan 2 400 manata çatdırılacaq ki, bu da 950 manat və ya 66 faiz artım deməkdir. Hemodializ həkimlərinin əməkhaqqı isə 1 450 manatdan 2 250 manata çatdırılacaq ki, bu da 800 manat və ya 55 faiz artım deməkdir. Həkim çatışmazlığı olan regionlarda mama-ginekologiya, neyrocərrahiyyə, uşaq cərrahiyyəsi, ürək-damar cərrahiyyəsi, üz-çənə cərrahiyyəsi və travmatologiya ixtisasları üzrə həkimlərin aylıq əməkhaqqı 1 450 manatdan 2 150 manata yüksələcək. Bu, əlavə 700 manat və ya 48 faiz artım deməkdir.
.jpeg)
Bununla yanaşı həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq olunacaq.
Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək.
Beləliklə, regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.
(1).jpeg)
***
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.
Onlardan 36 041 nəfəri orta, 20 367 nəfəri kiçik tibb heyəti, 8 675 nəfəri ambulator tibbi xidmət göstərən həkimlər, 7 129 nəfəri isə ilkin səhiyyə, təcili tibbi yardım, anesteziologiya-reanimatologiya xidmətləri, habelə regionlarda kadr çatışmazlığı müşahidə edilən dar ixtisaslar üzrə çalışan həkimlərdir.
İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq. Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.

Təcili tibbi yardım xidmətində çalışan həkimlər üçün də əhəmiyyətli artımlar nəzərdə tutulub.
Belə ki, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək.

***
İslahat nəticəsində ilkin səhiyyə xidməti göstərən ailə həkimi və sahə həkimi vəzifələri üzrə çalışan həkim mütəxəssislərin aylıq əməkhaqqı 1 150 manatdan 2 000 manata çatdırılacaq.
Bu, mövcud məbləğlə müqayisədə 850 manat və ya 74 faiz artım deməkdir.
Belə ki, Respublika Təcili Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin (RTTTYM) həkiminin əməkhaqqı 1 550 manatdan 2 200 manata yüksələcək. Bununla yanaşı, tibb mərkəzlərinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı 1 550 manatdan 2 500 manata yüksələcək. Beləliklə, artım 950 manat və ya 61 faiz təşkil edəcək.
3A və 3B kateqoriyalı tibb müəssisələrinin təcili tibbi yardım şöbələrində çalışan həkimlərin aylıq əməkhaqqı isə 2 100 manatdan 3 000 manata çatdırılacaq.
Daha ətraflı infoqrafikada:

Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan işin nəticəsinə görə əlavə ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək.
Bununla da regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, işin nəticəsinə görə əlavə ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.
Daha ətraflı infoqrafikada:



















