Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılması məsələsi ilə bağlı qərar verdi

0
65
konstitusiya-mehkemesi

Bu gün Konstitusiya Məhkəməsi Plenumunun iclasında Milli Məclisinin buraxılmasının Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barəsində Azərbaycan Respublikası Prezidentinin sorğusuna baxılıb.

Bineqedi.info xəbər verir ki, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev sədrliyi ilə keçirilən iclasda Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında” Milli Məclisin müraciətində göstərilmiş parlamentin buraxılması məsələsinin Konstitusiyaya uyğunluğu ilə bağlı qərar qəbul edilib.

Konstitusiya məhkəməsinin Plenumunun qərarına əsasən, yeni parlament formalaşana qədər hazırki parlamentin səlahiyyətlərinin qüvvədə qalması zəruridir.

Əvvəlki məqaləBinəqədidə könüllülər arasında “Bowling” yarışı keçirilib
Növbəti məqalədəRəsulzadə qəsəbəsində gənc oğlan qazdan boğuldu