Binəqədi rayonu ərazisində yanğın baş verib

0
9088
bineqedi-yangin-partlayis

Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yanğın baş verib.

Bineqedi.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının tikilməkdə olan binanın ikinci mərtəbəsində baş verdiyi və yayılma riskinin yüksək olduğu müəyyən edilib.

Havanın küləkli olmasına baxmayaraq, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Bakının Binəqədi rayonunda dörd nəfərə məxsus dəyəri 2000 manatdan çox olan velosipedlər oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 47 yaşlı Hikmət Burcəliyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla o, binaların blokunda, eyni zamanda digər ərazilərdə sahibsiz olan velosipedləri günün müxtəlif vaxtlarında talayıb.

Faktla bağlı araşdırma aparılır.

Əvvəlki məqaləBakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər – VİDEO
Növbəti məqalədəDaşlara qədər çatan işğal – Qarabağın məhv edilən mədəni irsi – ŞƏRH