Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
9094
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 8-ci mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Ş.Rəhimov küçəsi, 55 saylı binanın həyətində yerləşən avtoservisin fəaliyyətindən şikayət, Ə.Naxçıvani küçəsi, 6 saylı binada liftin təmir edilməsi, Ş.Rəhimov küçəsi, 51 saylı binanın eyvanına yağış sularının axmasının qarşısının alınması binanın həyətində asfalt örtüyünün bərpa edilməsi, C.Hacıyev küçəsi, 66 saylı binanın həyətində qurumuş ağacların götürülməsi, S.Bəhlulzadə küçəsində səkidə hərəkətə mane olan ağacların budanması, Ə.Naxçıvani küçəsi, 2 saylı binanın fasadının təmir edilməsi, İ.Dadaşov küçəsində piyada zolaqlarının rənginin yenilənməsi köməklik göstərilməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləİctimai nəqliyyatda YENİ SİSTEM: Gediş haqqı artacaq?