Xırdalanda evdə qumbara partlayıb – 19 yaşlı qız həlak olub

0
9878

Baş Prokurorluq Xırdalandakı partlayışla bağlı məlumat yayıb.

Bineqedi.com xəbər verir ki, qurumun Mətbuat xidmətindən verilən məlumata görə, şəxsin partlayış nəticəsində ölməsi faktı ilə bağlı cinayət işi başlanıb.

“Sentyabrın 14-də 2007-ci il təvəllüdlü Xədicə Mustafayevanın Abşeron rayonu, Xırdalan şəhərində yerləşən fərdi yaşayış evində əl qumbarasının partlaması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır”, – məlumatda qeyd olunub.

Əvvəlki məqaləBu şəxslərin övladlarının təhsil haqqını dövlət ödəyəcək
Növbəti məqalədəPrezident Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul etdi – Foto