“Ən yaxşı məktəb saytı” müsabiqəsində Binəqədi rayonu üzrə bu məktəb qalib oldu

0
53
en-yaxsi-mekteb-sayti

Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, İdarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsi üzrə məsul şəxslər iştirak ediblər.

Bineqedi.info xəbər verir ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev müsabiqə qaliblərini təbrik edib və müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, müsabiqə məktəb saytlarının fəaliyyətinin səmərəliliyinin artırılması, bu sahədə təcrübə mübadiləsinin genişləndirilməsi və təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılması məqsədilə həyata keçirilir.

Qeyd edək ki, münsiflər heyətinin qərarına əsasən, müsabiqənin 2018-2019-cu tədris ilinin nəticələrinə görə Binəqədi rayonu üzrə 102 nömrəli tam orta məktəb qalib seçilib.

en-yaxsi-mekteb-sayti1.jpg

Əvvəlki məqaləBinəqədi məktəbləri: 276 nömrəli tam orta məktəb barədə məlumatlar – Fotolar
Növbəti məqalədəKönüllülər üçün “Binəqədi Tur” təşkil edilib – Fotolar