Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.
Qəbulda iştirak edən 11 nəfər sakin müraciətlərində mənzillə təmin olunmağa köməklik göstərilməsi, maddi yardım göstərilməsi, yaşadıqları ərazidə aparılan qanunsuz tikinti işlərinin qarşısının alınması s. problemlərin həllində köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev məsələlərin həlli və ya zəruri hallarda araşdırma aparılması ilə əlaqədar aidiyyəti şəxslərə müvafiq tapşırıqlar verib.
Eyni zamanda, RİH başçısı həlli Rayon İcra Hakimiyyətinin səalahiyyətlərinə aid olmayan digər müraciətlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verib.