Daxili işlər orqanlarında yeni kadr təyinatı olub. Bineqedi.info saytına verilən məlumata görə, Daxili işlər naziri Vilayət Eyvazovun əmri ilə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Səlim Səlimov vəzifəsindən azad olunub.
Həmin vəzifəyə polis mayoru Cavid İsmayılov təyin edilib.