Binəqədidə ilin idman yekunları və əldə olunan nəticələr müzakirə edilib – Fotolar

0
57
bineqedi-gencler

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində 2019-cu ilin idman yekunlarına həsr olunan tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, rəis müavini Rüfət Əhmədov, baş məsləhətçi Elvin Quliyev, aparıcı məsləhətçi Rafiq Nəsirov, idman müəllimləri, məktəblilər iştirak ediblər.
Əvvəlcə Bakı şəhəri üzrə şahmat, dama və stolüstü tennis idman növlərində yer tutmuş məktəblərin idman müəllimlərinə və Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxsə idarə tərəfindən fəxri fərmanlar təqdim edilib.

bineqedi-gencler
Sonra il ərzində idarənin təşkilatçılığı ilə keçirilmiş idman yarışlarında qalib gəlmiş məktəblilər müvafiq dərəcəli diplom və medallarla təltif ediliblər.

bineqedi-gencler

bineqedi-gencler

 

Əvvəlki məqaləRəsulzadə qəsəbəsində bu hava xətləri yeraltı kabellərlə əvəzlənir – Fotolar
Növbəti məqalədəBinəqədidə “Toyoto” istinad divarına çırpılıb – VİDEO