Aprel döyüşlərinin Binəqədili qəhrəmanı – Emin Bağırov

0
15342

Aprel döyüşlərində şəhid olan Xüsusi Təyinatlı Qüvvələrin qəhrəmanlarından biri də Emin Bağırovdur.

Bineqedi.info saytının məlumatına görə, Emin Bağırov yaşasaydı, 24 yaşını qeyd edəcəkdi.

Emin Bağırov 1996-cı il iyulun 15-də Bakının Binəqədi rayonunda anadan olub. 2014-cü ildə Bakıdakı 182 nömrəli məktəbi bitirib və həmin ilin oktyabrın 8-də hərbi xidmətə yola düşüb. İlk olaraq Lənkəran şəhərində xidmət edib. Daha sonra xidmətini Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə davam etdirib. Xüsusi Təyinatlı Qüvvələrin təlimlərindən uğurla keçən Bağırov xidmətini burada davam etdirib.

XTQ-in üzvü Emin Bağırov 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olub. Şəhidimiz aprelin 6-da doğulduğu Bakı şəhərinin Binəqədi rayonunda son mənzilə yola salınıb.

Emin Bağırov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

emin-bagirov1.jpg

Əvvəlki məqaləYAP Binəqədi təşkilatı namizədlərin təbliğat-təşviqatı ilə bağlı ilk görüşünü keçirib
Növbəti məqalədə8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa ən layiqli namizəd – Azay Quliyev