Bakıda quldurluq hadisə baş verib. Hadisə yanvarın 29-da, saat 02:30 radələrində, paytaxtın Binəqədi rayon, C. Xəndan küçəsində qeydə alınıb. Belə ki, naməlum şəxs 1995-ci il təvəllüdlü Ə.Həsənov və onun dostu H.Bağırovu sözlə hədələyib, öz avtomobilinə mindirərək həmin küçədə yerləşən “Ev Tikmə Kombinatı”nın həyətinə aparıb. Bu zaman dostlardan biri – H.Bağırov oradan qaçıb. Həmin şəxs isə Ə.Həsənovu yumruqla vuraraq 646 manat pulunu alıb. Daha sonra onlar hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü M.İsmayılov müəyyən edilərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.report