Azay Quliyev 8-ci mikrorayonda növbəti dəfə seçicilərlə görüşüb – Fotolar

0
32

8 saylı Binəqədi birinci seçki dairəsindən deputatlığa namizəd Azay Quliyev 8-ci mikrorayon, İbrahimpaşa Dadaşov küçəsinin sakinləri ilə növbəti görüşünü keçirib.

Bineqedi.info saytına verilən məlumata görə, Azay Quliyevi alqışlarla qarşılayan seçicilər onun deputat kimi fəaliyyətindən razı olduqlarını deyiblər. Seçicilər ötən 4 ildə Milli Məclisdə onları layiqli şəkildə təmsil edən Azay Quliyevə məmuniyyətlə yenidən səs verəcəklərini bildiriblər.

Görüşdə çıxış edən Azay Quliyev seçicilərinin müraciətlərini hər zaman diqqətdə saxladığını deyərək ötən 4 ildəki deputat fəaliyyətinin yerli və beynəlxalq aspektləri barədə danışıb. Azay Quliyev Azərbaycanda ilk dəfə 8 saylı Binəqədi birinci seçki dairəsinin seçicilərinin istifadə etdiyi innovativ yenilik olan seçicilərin elektron kabinetinin (e-kabinet) əhəmiyyəti və vətəndaşlar üçün yaratdığı üstünlüklər haqqında da ətraflı məlumat verib.

Daha sonra Azay Quliyev seçicilərin Azərbaycanın milli maraqlarının beynəlxalq aləmdə müdafiəsi ilə gördüyü işlər haqqında suallarını cavablandıraraq vitse-prezidenti olduğu ATƏT Parlament Assambleyasındakı fəaliyyətindən danışıb.

Seçicilərin müxtəlif mövzularla bağlı müraciətlərini dinləyən Azay Quliyev onların həlli üçün müvafiq addımlar atacağını bildirib.

azay-quliyev1.jpg

Əvvəlki məqaləBinəqədidə qadın mağazadan qızıl üzük oğurlayıb
Növbəti məqalədəKamaləddin Qafarov seçicilərlə görüşüb, Binəqədi gənclərini təbrik edib – Fotolar