Binəqədi Rayon Məhkəməsi vəzifəli şəxsi cərimələdi

0
68
bineqedi-rayon-mehkemesi

Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Vüqar Abdullayev cərimələnib.

Bu barədə Binəqədi Rayon Məhkəməsi qərar çıxarıb.

V.Abdullayev İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə) maddəsi ilə ittiham edilərək iki min manat cərimələnib.

Lakin V.Abdullayev bu qərarla razılaşmayıb və apellyasiya şikayəti verib. Hazırda onun işinə Bakı Apellyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun sədrliyi ilə baxılır. Fevralın 4-də keçirilən baxış iclası fevralın 7-nə təxirə salınıb.qafqazinfo

Əvvəlki məqaləAxtarışda olan şəxs Binəqədi qəsəbəsində evdən pul oğurladı
Növbəti məqalədəBinəqədidə Gənclər Forumu keçirilib – Fotolar