Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri sakinləri ilə səyyar görüşü keçirilib – Fotolar

0
43

Biləcəri qəsəbəsində yerləşən 300 saylı tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəsəbə sakinləri ilə səyyar görüşü keçirilib.

Bineqedi.info xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi, Bakı Nəqliyyat Agentliyinin nümayəndəsi, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, aidiyyatı bələdiyyə sədri, xidmət sahələrinin rəhbərləri və sakinlər iştirak ediblər.
Görüşdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bildirib ki, Azərbaycanda həyata keçirilən siyasətin əsas məqsədi ölkəmizin möhkəmləndirilməsi, əhalinin daha yaxşı yaşaması, sabitliyin təmin edilməsidir.

icra-bineqedi

Bu gün respublikamızda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması istiqamətində ciddi addımların atıldığını qeyd edən RİH başçısı iqtisadi inkişaf və ciddi islahatlar yolunda olan Azərbaycanda bütün sahələrdə böyük uğurların əldə edildiyini vurğulayıb.
RİH başçısı ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan islahatların insanların həyat səviyyəsini yaxşılaşdırdığını, ölkəmizin iqtisadiyyatını sürətləndirdiyini və cəmiyyət tərəfindən yüksək qiymətləndirildiyini, əldə edilən uğurların Binəqədi rayonunda da öz əksini tapdığını və indi olduğu kimi növbəti illərdə də görüləcək işlərin də vətəndaş məmnunluğuna xidmət edəcəyini bildirib.

icra-bineqedi1
Sakinlər aparılan islahatlara görə olkə rəhbərliyinə minnətdarlıqlarının bildiriblər.

Bununla yanaşı, yaşadıqları qəsəbədə onları narahat edən bir sıra məsələlərlə bağlı RİH başçısına müraciət edərək, qəsəbənin yollarının asfaltlanması, marşrut xəttinin dəyişdirilməsi və s. məsələlərlə bağlı müvafiq köməklik göstərilməsini xahiş ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev yekun nitqində sakinlər tərəfindən qaldırılan məsələlərlə bağlı aidiyyatı üzrə müvafiq tapşırıqlar verib, həmçinin, 9 fevralda Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə aktiv iştiraka görə qəsəbə sakinlərə öz minnətdarlığını bildirib.

Əvvəlki məqaləReal Quotes, Super Clean Handwriting, Beautiful English handwriting, handwriting
Növbəti məqalədəBinəqədidə fotoqraf yıxılaraq xəsarət alıb