Binəqədi Rayon Məhkəməsi “Məmmədoğulları” QSC-ni cərimə etdi – Qərar

0
83
bineqedi-rayon-mehkemesi

Binəqədi Rayon Məhkəməsi “Məmmədoğulları” QSC-nin inzibati qaydada 2 000 manat cərimə edilməsi barədə qərar çıxarıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsi ilə təqsirli bilinib.

“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə hüquqi şəxslər 1 500 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 31 yanvar 2020-ci il tarixli qərarından QSC-nin şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, “Məmmədoğulları” QSC mebel və digər profilli biznes sahələri ilə məşğul olan şirkətdir.

Əvvəlki məqaləMartda 15 gün iş olmayacaq
Növbəti məqalədəBinəqədidə inşa yazı və rəsm müsabiqələrinin qalibləri və iştirakçıları mükafatlandırıldı