Binəqədidə evlərin həyətindən oğurluq edilib – Təfərrüat

0
102
bineqedi polis idaresi

Bakının Binəqədi rayonunda evlərin həyətindən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, oğurluq etdiyinə görə tutulmuş E.Xəlilovla bağlı Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən əməliyyat tədbirləri aparılıb.

Nəticədə onun rayon ərazisindəki 5 həyətyanı sahədən kombi aparatı, elektrik naqili, təmir-tikinti alətləri və məişət əşyaları oğurlaması da müəyyən edilib.

 

Əvvəlki məqalə2019-cu ildə Binəqədi rayonunda görülmüş işlərə dair hesabat filmi – VİDEO
Növbəti məqalədəTəhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq