Binəqədi Rayon İcra Hakimiyyəti başçısının qəbulu keçirilib – Fotolar

0
50

Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin qəbulu keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, qəbulda RİH başçısının müavinləri, aparatın şöbə müdirləri iştirak ediblər.
Qəbulda iştirak edən sakinlər müraciətlərində yaşadıqları ərazidə abadlıq işlərinin aparılması, tikintinin aparılmasına icazə verilməsi, işlə təmin olunmağa və s. məsələlərin həllində köməklik göstərilməsini xahiş ediblər.

bineqedi-qebul
Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev Rayon İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həll edilməsi mümkün olmayan məsələlərlə bağlı aidiyyəti qurumlara müraciət ünvanlanması, eyni zamanda, zərurət olduqda, araşdırma aparılaraq tədbir görülməsi ilə əlaqədar aidiyyəti məsul şəxslərə tapşırıqlar verib.

bineqedi-qebul

bineqedi-qebul

Əvvəlki məqaləBinəqədidə 20-ə yaxın avtomobili bu şəxslər qarət edibmiş – Rəsmi
Növbəti məqalədəKonstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiqlədi – VI çağırış Milli Məclisin deputatları – SİYAHI