Çində başlayan koronavirusu dünyaya yayılmağa davam edir. Bəs bu virusu xəstəliklərdən necə ayırmaq olar?
Tənəffüs yollarına təsir edən koronavirusunun bir çox əlaməti var. Koronavirusu xəstələrinin göstərdiyi simptomlar bəzən qrip və allergiya əlamətləri ilə səhv anlaşıla bilər.
Koronavirus simptomlarını qrip və allergiyadan ayrıd etməyin bir çox yolu var?
Koronavirusun əsas əlamətləri olaraq; Atəş, yorğunluq, öskürək, quru öskürək, nəfəs almaqda çətinlik göstərilir. Bəzən xəstələrdə ağrı, axan burun, boğaz ağrısı və ishal da ola bilər.
Covid-19-nu digərlərindən fərqləndirən ən əsas simptom ağır tənəffüsdür. Soyuqdəymə və qripdə tənəffüs çətinliyi müşahidə edilmir, lakin bu simptom bəzən allergiyası olan xəstələrdə rast gəlinir.
Koronanı soyuqdəymədən ayıran xüsusiyyətlər
Soyuqdəymədə görülən əsas simptomlar; asqırma, dolğun burun və boğaz ağrısı.
Asqırma və burun tıkanıklığı korona virusunda görünməsə də, bəzi xəstələrdə boğaz ağrısı olur. Bununla birlikdə koronavirusun simptomları olan nəfəs alma çətinliyi, öskürək və quru öskürək kimi xüsusuiyyətlər soyuqdəymədən əziyyət çəkən xəstələrdə görülmür.
Koronavirusu qripdən ayıran simptomlar
Korona virusunun ən çox oxşar olduğu bir xəstəlik növü qripdir. Virusun səbəb olduğu bu iki xəstəliyin simptomları çox oxşardır. Atəş, yorğunluq və quru öskürək hər iki xəstəlikdə var.
Ancaq Covid-19 xəstələrinin əksəriyyətində tənəffüs çətinliyi görülsə də, qripi olan insanlar bu simptomu göstərmirlər.
Alergiyanı koronavirusdan ayıran simptomlar
Soyuqdəymə kimi, allergiya simptomlarını koronavirusundan ayırmaq nisbətən asandır. Allergiyanın əsas simptomları arasına asqırma, axan burun, burun şişkilniyi və sulu gözlər daxildir.
Yorğunluq, quru öskürək, nəfəs darlığı bəzən görülür. Bununla birlikdə, allergiya olan xəstələrdə koronavirusun əsas əlamətlərindən biri olan qızdırma aşkar edilmir.modern.az