7-ci mikrorayonda sevgilisini öldürən şəxsin cinayət işi məhkəməyə göndərildi

0
79
qetl-bineqedi-polis

Bakıda sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Sərxan Məmmədovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Eldar İsmayılovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə ötən il noyabrın 28-i saat 23 radələrində Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində baş verib.

1996-cı il təvəllüdlü Məmmədov Sərxan Xanlar oğlu 15/1 ünvanında yerləşən “Bilyard” çay evinin qarşısında qeyri-rəsmi münasibətdə olduğu 1989-cu il təvəllüdlü İsmayılova Pərvanə Fərman qızına qısqanclıq zəminində 5 bıçaq zərbəsi vurub. P.İsmayılova aldığı bıçaq zərbələri nəticəsində ölüb.

Sərxan Məmmədov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Əvvəlki məqaləBinəqədidə qanunsuz fəaliyyət göstərən sallaqxanalarda reyd keçirilib
Növbəti məqalədə“Yaxşı sözə təkan olur Binəqədidə” – Binəqədi toyunda musiqili meyxana – VİDEO