Rəsulzadə qəsəbəsi barədə nə bilirsiniz? – Maraqlı məlumatlar

0
21992

Binəqədi rayonunun mərkəzində yerləşən Rəsulzadə qəsəbəsi Abşeron yarımadasının qərb hissəsində yerləşir.

Bineqedi.info xəbər verir ki, Rəsulzadə qəsəbəsinin əvvəlki adı “Kirov” qəsəbəsi olub.

05.10.1999-cu ildən Rəsulzadə qəsəbəsi adlandırılıb.

Məlumat üçün onu da bildirək ki, Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınıb, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılıb.

Rəsulzadə qəsəbəsinin ərazisi 12 kv km-dir.

Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə (“Sahil”, “Delfin”, 76, 90 və 211 saylı) fəaliyyət göstərir.

Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi (“Vorovski”, “Xutor”, “Baksol”) və 8323 ev təsərrüfatı mövcuddur.

Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Rayon Prokurorluğunun, Rayon Məhkəməsinin, C.Cabbarlı adına İrəvan Dövlət Dram Teatrının, Mərkəzi Seçki Komissiyasının, Dövlət Miqrasiya Xidmətinin və Yeni Azərbaycan Partiyasının Binəqədi Rayon Təşkilatının inzibati binaları M.Ə.Rəsulzadə qəsəbəsində yerləşir.

Qəsəbə ərazisində 3 istirahət parkı: Heydər Əliyev, Ramiz Aboyev adına mədəniyyət və istirahət parkı və Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətov adına parklar yerləşir.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbəsi üzrə nümayəndəliyi

Ünvan: H.Ağamalıyev küçəsi 4
Telefon: (012) 412-43-34

Bineqedi.info

Əvvəlki məqaləƏlləri spirtlə təmizləyək, ya yox ? – İnfeksionistdən açıqlama
Növbəti məqalədəBinəqədidə 1957-ci ildə salınmış park – Fotolar