Bu gündən etibarən ölkədə karantin rejimi ilə əlaqədar məhdudiyyətlərin bir qismi yumşaldılır.
Bineqedi.info saytı Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən bu gündən işləyən fəaliyyət sahələrinin siyahısını bir daha təqdim edir.
fərdi tədris və repetitor xidmətləri (qrup halında məşğələlər istisna olmaqla)
– kitab satışı
-qəzet satışı
-dəftərxana mallarının satışı
-çap və sürətçıxarma fəaliyyəti
– fotoatelye/fotostudiyalar
-fərdi mənzillərdə təmizlik xidmətləri
-dərzi xidmətləri
– kosmetika və ətriyyat satışı
-geyim satışı
– ayaqqabı və dəri məmulatlarının satışı
-qızıl, digər bəzək əşyalarının satışı və lombard fəaliyyəti
– mobil cihazların, ehtiyat hissələrinin və aksesuarlarının satışı və təmiri
– kompüter avadanlıqlarının satışı və təmiri
– elektronika və məişət texnikasının satışı
– mebel satışı
– avtomobil satışı
– kimyəvi məhsulların satışı
– gül və bitki məhsullarının satışı
– kənd təsərrüfatı texnikasının, ehtiyat hissələrinin və avadanlıqlarının satışı
– gübrə və aqrokimyəvi məhsulların satışı
Qeyd edək ki, məhdudiyyətlər aradan qaldırılan sahələrdə işləyən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol verilir.
Bundan başqa aprelin 27-dən “ASAN Xidmət” mərkəzləri vətəndaşlara 320-dən çox xidmət göstərəcək.
Sadəcə olaraq vətəndaşlar kütləvi toplaşmanın qarşısını almaq üçün əvvəlcədən növbə almalıdırlar.
Bineqedi.info