Binəqədidə tapılan yanmış meyitin kimliyi məlum oldu

0
55
meyit-cinayet-qetl-olum

Bakıda tapılan meyitin şəxsiyyəti məlum olub. 

Binəqədi rayonu, “DSK yolu” adlanan ərazidə aprelin 27-i axşam saatlarında meyiti tapılan şəxsin Bərdə rayon sakini, 1957-ci il təvəllüdlü Akif Qasımov olması müəyyən olunub.

Qeyd edək ki, meyitin yanından “Argo” markalı siqaretin kötüyü, qablaşdırılmış spirt və kibrit aşkar olunaraq götürülüb. İlkin araşdırma zamanı meyiti aşkar edilmiş şəxsin ətraf ərazilərdə “butılka” və dəmir yığıb satmaqla məşğul olduğu müəyyən olunub. Meyitin yanmamış hissələrində xəsarət izi aşkarlanmayıb.qafqazinfo

Əvvəlki məqaləBinəqədidə rəsm müsabiqəsinə start verilir – Şərtlər
Növbəti məqalədəSosial şəbəkədə yayılan video Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb