Azərbaycanda giriş-çıxışa tətbiq olunan qadağa 31 maya qədər uzadıldı

0
48
azerbaijan-airlens

Azərbaycan dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixinədək uzadılır.

Bineqedi.info xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, hazırda dünya dövlətləri tərəfindən yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirləri davam edir. Həyata keçirilən tədbirlər çərçivəsində əksər dövlətlər öz sərhədlərində  giriş-çıxışa müvəqqəti olaraq məhdudiyyətin tətbiqi barədə qərar verərək beynəlxalq uçuşları təxirə salıb.

COVID-19 pandemiyası ilə bağlı dünyadakı vəziyyət təhlil edilib və virusun ölkə ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə yükdaşımaları və çarter reysləri istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava yolu ilə giriş-çıxışa tətbiq olunan məhdudiyyət 31 may 2020-ci il tarixədək uzadılıb.

Bineqedi.info

Əvvəlki məqaləSosial şəbəkədə yayılan video Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən araşdırılıb
Növbəti məqalədə20 Yanvar dairəsinə giriş məhdudlaşdırılır