Binəqədidə karantin qaydalarını pozan obyekt aşkarlanıb – Tanınmış müğənni də orada olub

0
105
bineqedi

Bakının Binəqədi rayonu, Abay Kunanbayev küçəsi, “Bolluq” bazarının yanında qanunsuz olaraq müştərilərə yerində xidmət göstərən paltar mağazası aşkar edilib.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib ki, Əlahiddə Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı mağaza sahibi, orada olan satıcılar və müştərilər inzibati qaydada məsuliyyətə cəlb olunublar və ərazi üzrə Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə aparılıblar. Obyektdə karantin qaydalarını pozaraq qapalı məkanda olan şəxslərdən biri də Nəfəs adlı müğənnidir.

 

Əvvəlki məqaləBakıda bəzi yerlərdə postlar bərpa edilib
Növbəti məqalədəBinəqədi ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib – Fotolar