Deputat Azay Quliyev 8 saylı Binəqədi birinci seçki dairəsinin seçiciləri ilə növbəti videogörüşünü keçirib.
Bineqedi.info xəbər verir ki, videogörüşdə iştirak edən seçicilər pensiya təminatı binaların həyətlərinin abadlaşdırılması, kommunal, əlillik statusunun verilməsi, əfv, hüquq və məşğulluq məsələsi ilə bağlı onları narahat edən problemlər haqqında deputata müraciətlərini çatdırıblar.

Qeyd edək ki, görüşdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin müdiri Arzuman Hüseynov və 4 saylı Bakı Ərazi Məşğulluq Mərkəzinin direktoru Sənan Məmmədzadə iştirak edib.
Bineqedi.info