Binəqədidə doqquzuncu sinif şagirdi məktəbin üçüncü mərtəbəsindən yıxıldı

0
70

Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb.

Bineqedi.info apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb. Məktəbli təcili xəstəxanaya aparılıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub.

Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.

Əvvəlki məqaləBinəqədidə Bakı üzrə turnir keçiriləcək
Növbəti məqalədəBakıda şagirdlər həftədə 2 dəfə, rayonlarda isə 3 dəfə məktəbə gedəcək