Ölkənin ictimai-siyasi həyatında və Binəqədi rayonunda görülən işlərlə bağlı “Məlumat saatı” formatında videomüşavirə keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, müşavirədə Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndələri iştirak edib. Açılış nitqi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev son günlərdə Prezident İlham Əliyevin müxtəlif dövlət əhəmiyyətli layihələrin açılışında səsləndirdiyi fikirlərdən danışıb:
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı ölkədə aparılan abadlıq quruculuq işləri fonunda Binəqədi rayonunda da həyata keçirilən abadlıq-quruculuq işləri, rayonun ekoloji vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülməkdə olan işlər haqqında danışıb. Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bineqedi.info