Müdafiə naziri orduya düşmənə böyük zərbələr endirməyi əmr etdi

0
42
zakir-hesenov

Azərbaycan qoşunlarına azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə dair göstəriş verilib.

Göstərişi bu gün keçirilən xüsusi xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov verib.

O, Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Müdafiə naziri qoşunlara azad olunmuş ərazilərdə həyati əhəmiyyətli və ilkin zəruri tədbirlərin görülməsinə göstəriş verib.

Müdafiə naziri düşmən tərəfindən “İsgəndər” əməliyyat-taktiki raket komplekslərinin tətbiq olunacağı halda adekvat tədbir görüləcəyini bildirib.

Nazir Azərbaycan Ordusuna arsenalındakı yüksək dəqiqlikli və böyük dağıdıcı qüvvəyə malik silah növlərini tətbiq etməklə düşmən tərəfinin hərbi-strateji infrastrukturuna böyük zərbələr endirməyi planlaşdırmağı əmr edib.

Əvvəlki məqaləBinəqədi rayon Məhkəməsi Kürdəmirin sabiq icra başçısı ilə bağlı qərar verdi
Növbəti məqalədəBinəqədidə sadə vətəndaşdan Ordumuza dəstək- Fotolar