Oktyabrın 18-i Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür.
29 il əvvəl Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.
Oktyabrın 8-də işə başlayan növbədənkənar sessiya məsələni 4 gün müzakirə etsə də, qərar verməyi bir həftə sonraya saxlayıb.
Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edilib.
Bineqedi.info xəbər verir ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü və ordumuzun cəbhədə ard-arda qalibiyyəti münasibəti ilə Binəqədi rayonu da bayraqlara bürünüb.
Həmin fotolardan bəzilərini təqdim edirik.
Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!
Bineqedi.info