Prezident internetə qoyulan məhdudiyyətdən danışdı

0
62
prezident-ilham-aliyev

“Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur”. 

Bineqedi.info xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə sistemlərindəki bəzi məhdudiyyətlərlə bağlı danışarkən Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsi zamanı deyib.

Dövlət başçısı “Siz söz azadlığı və interneti qeyd etdiniz. Lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var” sualını belə cavablayıb:

“Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaqdır. Lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır”.

Bineqedi.info

Əvvəlki məqalə“İşğalçılıq siyasəti Ermənistanı kapitulyasiyaya doğru aparır”
Növbəti məqalədəAzərbaycandan erməni əsgər və könüllülərə – “Təslim olun!”