Prezident İlham Əliyevə vətəndaşlardan təşəkkür və dəstək məktubları gəlməkdə davam edir.
Bineqedi.info saytı dövlət başçısının rəsmi saytına son dövrlər Binəqədi rayonundan göndərilmiş məktubların bəzilərini olduğu kimi təqdim edir:
Hörmətli cənab Prezident!
Sizə qarşı əlbir olmuş düşmən qüvvələrinin başınızın üzərindən asmaq istədiyi Damokl qılıncından qorxmayaraq, Siz dünyanın siyasi hərb meydanında zəka qılıncınızla təkbaşına vuruşaraq qalib gəldiniz. Bu savaş, bu döyüş, bu hünər xalqın gözü qarşısında baş verdi. Hamını yerinə oturtdunuz, bu real və danılmazdır.
Bu döyüş dünya məkanında, BMT-də müzakirə olundu, yenə də Siz qalib gəldiniz. Pozulmuş dünya qanunlarını bərpa edib, işə saldınız. Dünyaya nəyə qadir olduğunuzu istər siyasi, istər hüquqi cəhətdən göstərdiniz, Müzəffər Ali Baş Komandan kimi hərb meydanında daşı daş üstə qoymayan bu vəhşiləri başa saldınız. Siz dünya, Ordumuz isə Vətən müharibəsi apardı və qalib oldunuz.
Biz tarixçilərin vəzifəsi o olmalıdır ki, Sizin dünyaya bəyan etdiyiniz həqiqəti əsərlər yazmaqla, Vətən üçün, Ordu üçün qurucu, düşmən üçün qırıcı bir Prezident kimi fəaliyyətinizi dünya tarixində əbədiləşdirək. Bu tarixi Qələbəmizlə bütün xalqımıza yeni ruh, yeni həyat verdiniz. Eşq olsun bu dahiliyinizə! Ulu Öndərin yetirməsi belə olmalıdır!
Hörmətlə,
İbrahimov Xanməmməd Mahmud oğlu,
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Möhtərəm Prezidentim.
Öncəliklə Sizi Ağdamı işğaldan azad etdiyiniz üçün təbrik edirəm. Çox sağ olun ki, xalqa bu sevinci yaşatdınız. Nəhayət ki, insanlarımız öz doğma dədə-baba yurdlarına qayıdacaq, rahat və firavan yaşayacaqlar. Buna görə Sizə minnətdarıq.
Mənim qayğıkeş, səmimi, cəsarətli və qətiyyətli Prezidentim, eşq olsun Sizə!
Yaşasın Azərbaycan! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
Hörmətlə,
Təranə Babayeva
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Çox hörmətli cənab Prezident.
Vətən müharibəsində Böyük Qələbə münasibətilə Sizi Ağdam rayon sakinləri adından səmimi qəlbdən təbrik edirəm. Böyük və müdrik siyasətiniz sayəsində torpaqlarımızı erməni vandallarından azad etdiyiniz üçün Sizə sonsuz təşəkkürümüzü bildiririk. Müstəqilliyimiz və ərazi bütövlüyümüz daim olsun!
Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!
Hörmətlə,
Sadıqova Almaz
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Müzəffər Ali Baş Komandan,
Mən 179 nömrəli məktəbin 8-ci sinif şagirdi olaraq, Sizə şəxsən öz minnətdarlığımı bildirirəm. Bu günə kimi hər zaman ermənilərin işğal etdiyi torpaqların itirilməsi tarixlərini öyrənirdik. Bundan sonra isə Sizin sayənizdə torpaqlarımızın qan yaddaşını deyil, Qələbə günlərini – doğma torpaqlarımızın özümüzə qaytarıldığı tarixləri öyrənəcəyik.
Cənab Prezidentim, mən və yaşıdlarım çox şanslıyıq ki, bu günləri gördük. Sizin və əsgərlərimizin sayəsində çox sevincliyik. Allahdan şəhidlərimizə rəhmət diləyirəm. Onlar hər zaman bizim ürəyimizdə qalacaqlar. Yaxşı ki Sizin kimi Prezidentimiz var.
Qarabağ bizimdir!
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Cavadova Nigar Hakim qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Salam, hörmətli cənab Prezident,
Mən Füzuli rayonundanam. Şükürlər olsun ki, Sizin Ali Baş Komandanlığınızla və əsgərlərimizin böyük şücaəti sayəsində torpaqlarımız işğaldan azad olundu. Allah şəhidlərimizə rəhmət eləsin, onların haqqını ödəyə bilmərik. Siz hər zaman şəhid ailələrinin yanındasınız. Sizə minnətdarlığımı bildirirəm. Doğma rayonumuza getməyi səbirsizliklə gözləyirəm.
Hörmətlə,
Nərimanova Nahidə Aydın qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Hörmətli cənab Prezident.
Müdrik siyasət yürüdərək torpaqlarımızı düşməndən geri aldığınız üçün Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Qələbəmizlə bütün dünyaya Azərbaycan xalqının əzmini və gücünü göstərdiniz. Biz Sizinlə və Ordumuzla fəxr edirik. Mən çox istərdim ki, Sizə Azərbaycanın Milli Qəhrəmanı adı verilsin. Çünki Siz xalqımızın Qəhrəmanısınız!
Sizi çox sevirik! Xalq hər zaman Sizin yanınızdadır, cənab Prezident!
Hörmətlə,
Aqiyə Zeynalova
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Müzəffər Ali Baş Komandanım.
Sizi və timsalınızda bütün xalqımızı Ağdam rayonunun işğaldan azad edilməsi münasibəti ilə təbrik edirəm. Uca Tanrı Sizi, Ordumuzu və xalqımızı həmişə müzəffər edər, İnşallah.
Son günlər ölkəmizdə baş verənlərlə bağlı düşünən beyinlər nə barədə düşünürsə, Siz növbəti xalqa müraciətinizdə bütün sualları cavablandırırsınız. Xalqın nə düşündüyünü bilən Ali Baş Komandan həmişə müzəffər olacaq, buna adım qədər əminəm.
Sizin səyləriniz nəticəsində bütün Qarabağın tezliklə azad olacağı gün yaxındadır, üzərindən “vəhşi qəbilə” keçmiş torpaqlarımızın Sizin rəhbərliyinizlə qısa müddətdə bərpa olunacağına hamı kimi mən də inanıram.
Qarabağ Azərbaycandır! Sizinlə eyni dövrdə yaşamağımdan və Sizin tabeliyinizdə Vətənə xidmət etməyimdən qürur duyuram.
Hörmətlə,
Taleh Ağabəyli
Şanlı Azərbaycan Silahlı Qüvvələrinin zabiti
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan! Bu günlərdə hər bir azərbaycanlı sevinc içərisindədir. Bu sevinci bizə Siz bəxş etdiniz. Sizin qətiyyətiniz, iradəniz və Azərbaycan Ordusunun şücaəti sayəsində Qarabağ müharibəsini qalib kimi başa çatdırdıq. Bütün təzyiqlərə baxmayaraq, hərbi və siyasi sahədə uğurlarınızın nəticəsində xalqa verdiyiniz sözü yerinə yetirdiniz. Ermənistanı torpaqlarımızı qaytarmağa məcbur edərək yeni tarix yazdınız. Bu Qələbənin qazanılmasında xalq-prezident birliyinin böyük rolu olduğunu düşünürəm. Ağdam sakini olaraq 30 ilə yaxındır həsrət qaldığımız torpaqlara qovuşa bildiyimiz üçün, ağdamlılar adından Sizə hədsiz minnətdarlığımızı bildirirəm. Sizin rəhbərliyinizlə qısa zamanda doğma Qarabağımızın yenidən dirçələcəyinə əminik. Qarabağ Azərbaycandır!
Hörmətlə,
Məmmədov Fəzail Salman oğlu.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Müzəffər Ali Baş Komandan! Bu gün Azərbaycan özünün şanlı zəfər tarixini yaşayır. Sizin rəhbərliyinizlə Müzəffər Ordumuz 44 gün davam edən müharibədə 30 il ərzində düşmənin möhkəmləndiyi torpaqlarımızı işğaldan azad etdi. Bu gün üçrəngli bayrağımız Şuşada, illərdir həsrət qaldığımız torpaqlarımızda dalğalanır, ürəyi Qarabağla döyünən Azərbaycanın üzü gülür. Sizin diplomatik bacarığınızın, uzaqgörən siyasətinizin nəticəsidir ki, ərazi bütövlüyümüz bərpa olunub, Azərbaycan xalqı zəfər bayramını qeyd edir. Sizin rəhbərliyiniz ilə başladılan özünümüdafiə əməliyyatımız balalarımızın qəlbində silinməz bir vətənpərvərlik duyğusu oyatdı. Gələcəyin şanlı əsgərləri indidən o kiçik əllərinə bayrağımızı alıb, himnimizi qürurla səsləndirirlər. Sizi örnək götürüb hər kəlimənizi dil əzbəri etdilər. II Qarabağ müharibəsi ilə sadəcə torpaqlarımızı geri qaytarmadıq. Milli ruhumuz dirçəldi, biz milli mənsubiyyətimizi dərk etdik, yumruq olub birləşəndə nə qədər güclü, yenilməz olduğumuzu dünyaya sübut etdik. Milli birliyimiz və həmrəyliyimiz qələbəmizin əsasına çevrildi. Hər bir azərbaycanlı 30 ildir işğal altında qalan torpaqlarımızı bu gün azad görmənin sevincini, qürurunu yaşayır. Milli qürur hissini bizə bəxş etdiyiniz üçün Sizə təşəkkür edirik. Bütün şəhidlərimizə Allahdan rəhmət, yaralananlara Allahdan şəfa diləyirik. Cənab Prezidentimiz, Sizinlə, Müzəffər Ordumuzla fəxr edirik. Hörmətlə, Narınc Psixologiya Mərkəzinin kollektivi adından mərkəzin təsisçi rəhbəri Narınc Rüstəmova.
Hörmətlə,
Rüstəmova Narınc Məsud qızı.
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.
Əziz və hörmətli Prezidentimiz İlham Əliyev.
Mənim 73 yaşım var. Bu 27 il ərzində xatirələrimi o torpaqlarda qoyub gəldiyim Ağdamımın həsrəti ilə yaşamışam. Bu həsrətə son qoyduğunuza görə, dilbər guşəmiz olan Qarabağımızı qaytardığınıza görə Sizə bir ana, bir müəllimə kimi dərin minnətdarlığımı bildirirəm və bu tarixi Qələbə münasibətilə Sizi, eləcə də xalqımızı təbrik edirəm.
Möhtərəm Prezident, mən və ailəm Sizin daxili və xarici siyasətinizi hər zaman dəstəkləmişik. Biz Sizinlə fəxr edir, iftixar hissi duyuruq. Uca Allah Sizə və ailənizə möhkəm cansağlığı və uzun ömür versin. Bütün Azərbaycan xalqının qəlbi Sizinlə döyünür, Sizinlə sonsuz qürurlanır.
Bir arzum var, doğma Ağdamımda – öz evimdə Sizi qonaq görüm.
Qarabağ Azərbaycandır!
Hörmətlə,
Quliyeva Səmayə Mehdi qızı
Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.