Vətən müharibəsinin Binəqədili şəhidi – Cabbarov Əli Baba oğlu

0
9780
cabbarov-eli-baba-oglu
Cabbarov Əli Baba oğlu 2002-ci il yanvarın 8-də Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində anadan olub.
Bineqedi.info xəbər verir ki, Əli Cabbarov 2008-2019-cu illərdə Binəqədi rayonu 182 nömrəli tam orta məktəbdə təshil alıb.
Elə həmin il Bakı Humanitar Kollecinə daxil olub.
2020-ci il yanvar ayında hərbi xidmətə çağırılıb və həmin ayın 14-də hərbi xidmətə yola düşüb.
Bir müddət xidmət etdikdən sonra 2020-ci il 27 sentyabr tarixində başlamış əks-hücum əməliyyatında ağır döyüşlərdə iştirak edib.
Yaxınlarının bildirdiklərinə görə Əli Cabbarov Füzuli və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib, şücaət göstərib.
Oktyabr ayının 27-də Xocavənd rayonu istiqamətində gedən ağır döyüşlərdə  qəhrəmancasına şəhid olub.
Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə təltif edilənlər arasında Cabbarov Əli Baba oğlu da var. Belə ki, dövlət başçısının sərəncamına əsasən, “Vətən uğrunda”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.
Allahdan şəhidimizə rəhmət eləsin.
Şəhidlər ölməz, vətən bölünməz.
Qarabağ Azərbaycandır!
Bineqedi.info
Əvvəlki məqaləDYP Binəqədi rayon Biləcəri bələdiyyəsini cərimələdi
Növbəti məqalədəBinəqədidə cərimə meydançasına aparılan avtomobildən narkotik maddə aşkarlanıb – Sürücü qaçmaq istəyib…