Daxili işlər orqanları tərəfindən qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərəcov saxlanılıb.
Şəxsi axtarış zamanı ondan “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilərək götürülüb.
Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nadirovun Bakı şəhərində yaşadığı mənzilə baxış zamanı oradan “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülüb.
Bineqedi.info