Binəqədi rayonunda şəhid ailələrinin və Vətən müharibəsi iştirakçılarının ziyarəti davam edir. Bineqedi.info saytına verilən məlumata görə, 23 mart 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Sabir Əliyev və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Amal Əsgərov 30 ilə yaxın işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak edərək igidlik və şücaət göstərərək yaralanmış Binəqədi rayon sakini İmranov Rəşad İlqar oğlunu evində ziyarət ediblər.
Onlar Rəşad İmranovun səhhəti və problemləri ilə maraqlanıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamına əsasən, Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş İmranov Rəşad İlqar oğlu “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bineqedi.info