Xalq artisti Nazpəri Dostəliyeva bir neçə gün əvvəl dünyasını dəyişən oğlu Əli ilə bağlı paylaşım edib.
Müğənni övladının görüntülərini yayımlayaraq, bunları yazıb:
“Məkanın cənnət olsun, Əli balam. Nə qədər yansam da bir təsəllim var: şəhid analarından artıq deyiləm. Övlad itirən valideynlər, Allah bizə səbir versin. Bu ağır günümdə yanımda olan, məni axtaran dostlarım, əzizlərim, Allah hər birinizdən razı olsun”.
Qeyd edək ki, Əli 41 yaşında infarktdan dünyasını dəyişib. N.Dostəliyevanın Əkbər adlı daha bir oğlu var.