Binəqədidə “Aprel döyüşləri – ZƏFƏRİN başlanğıcı” adlı tədbir keçirilib – Fotolar

0
49
Aprel döyüşlərinin 5 illiyinə həsr olunmuş Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının, Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin iştirakı ilə “Aprel döyüşləri- ZƏFƏRİN başlanğıcı” adlı onlayn tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov və aparatın əməkdaşları, Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi Rayon İdarəsinin rəisi Nicat Həsənov, Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin rəhbəri Ələkbər Mustafayev, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, 2016-cı il aprel döyüşləri şəhidi polkovnik-leytenant Raquf Orucovun xanımı Sevinc Alızadə, jurnalist, hərbi bloger Tofiq Şahmuradov, aprel şəhidləri Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı və Emin Bağırovun atası İmran Bağırov, orta ümumtəhsil məktəblərinin direktorları və gənclərin çağırışa qədərki hərbi hazırlığı fənnini tədris edən müəllimlər və şagirdlər, məktəbəqədər təhsil müəssisələrinin, mədəniyyət müəssisələrinin və ictimai birliklərin rəhbərləri iştirak ediblər.
Bir 2 nəfər və bunu deyən yazı "Nizami Novr... Ehmedov... Binaqadi215u.b. y4acTHиKи (90) HaйTи 4acTHиKa Зал oжиAaHиR coo6weHиe npиHRT Ha KoHфepeHuии (90) Leyla Quliyeva opraHи3aTop,R) Ramiz Goyushov 81301858228 Abdul 260554399335 光 Aghaeva Ab Bayramova i BycaлиcmaйилoB Amal.Asgarov Anar Ayla Babaxanov Etibar Bayaz Novruzova npиrлacиTb ByK" şəkili ola bilər
Tədbir iştirakçıları tərəfindən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş nitqi ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov çıxış edərək bildirib ki, 2016-cı il aprel ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı və bu, aprel döyüşləri kimi tarixləşdi və aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Həmçinin natiq əlavə etdi ki, Aprel döyüşləri zamanı siyasi mövqeyindən, sosial durumundan, maddi vəziyyətindən, əqidəsindən asılı olmayaraq hər kəs öz vətəndaşlıq mövqeyini göstərdi.
Daha sonra Sevinc Alızadə şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yolunda bəhs edərək əlavə etdi ki, Aprel döyüşlərində böyük hünər, rəşadət göstərərək şəhidlik zirvəsinə yüksəlmiş Vətən oğullarının hamısı qəhrəmandır və onların aprelin əvvəlində cəmi bir neçə gün davam edən döyüşlərdə göstərdikləri qəhrəmanlıq nümunələri indi hər bir Azərbaycan gənci üçün sözün həqiqi mənasında bir örnəkdir.
Növbəti çıxışçı Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov həmin döyüşlərdən sonra Ermənistan silahlı qüvvələrində çaxnaşma yarandığını və işğalçı orduya rəhbərlik edən şəxslərin xeyli hissəsinin xidmətdən uzaqlaşdırıldığını qeyd edərək bildirdi ki, bu hadisə işğalçı ordu və onun havadarları barəsində yaradılan mifi dağıtdı. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini nümayiş etdirdi və gec-tez ədalətin bərpa olunacağını göstərdi.
Bir 3 nəfər, içəridə və bunu deyən yazı "Bineqedi Quliy.... Yeter Aboyeva AliAb R”G.. y4acTHиKи (99) HaйTи y4acTHиKa Зал oжиAaHиR coo6weHиe Mammadli KoHфepeHuии Leyla Quliyeva (opraHи3aTop, Sevinc Alızada user123 81301858228 1260554399335 Adila Orucova I Sevinc Süleyn 爱 AitajAghaeva lAbbasov Aliya Sadıqova Almaz Bayramova ※ Amal.Asgarov npиrлacиTb BblKл" şəkili ola bilər
Daha sonra BRİH başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri- 2016-cı ilin aprel döyüşlərində torpaqlarımızın azadlığı, bütövlüyü uğrunda şərəfli döyüş yolu keçmiş Səməndər Mənəfov aprel döyüşləri haqqında geniş məlumat verərək bildirdi ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qaldı və Azərbaycanın təmas xəttinə yaxın yaşayış məntəqələrinin bombalanması nəticəsində aralarında 16 yaşdan kiçik 2 uşaq olmaqla 6 mülki şəxs həlak oldu, 26 şəxs ağır yaralandı. Erməni təxribatının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və qəti cavab zərbələri endirilərək Ermənistan ordusunun canlı qüvvəsi və hərbi texnikası məhv edildiyini, bildirdi.
Bir 2 nəfər, oturan insanlar, gözlük və bunu deyən yazı "YeterAboyeva ElnurA AliAbbasov Sevinc G y4acTHиKи (100) HaйTи y4acTHиKa Leyla Quliyeva (opraHи3aTop иcmaйилoB 81301858228 Adila Orucova Abbasov Aliya Sadıqova Almaz Bayramova SevnA lızada Amal.Asgarov Anar aliyev Aliyeva Aslan sayev Binaqadi) Ayla 彩口 ※ npиrлacиTb" şəkili ola bilər
Hərbi bloger, “Döyüş Gündəliyi.Talış” sənədli filminin müəllifi Tofiq Şahmuradov öz çıxışında Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsinin düşmən qüvvələrindən tam azad edilməsi zamanı hadisələrdən, ordumuzun şücaətlərindən bəhs edərək bildirdi ki, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” yüksəkliyinə üçrəngli bayrağımızın sancılması, Azərbaycan tarixinin ən şərəfli səhifələrindəndir.
Tədbirdə həmçinin 2016-cı ilin aprel ayında baş verən döyüşlərdə qəhrəmancasına şəhid olan Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanlı və Emin Bağırovun atası İmran Bağırov da çıxış edərək igid övladlarının şərəfli həyat yolundan bəhs edərək, şəhidliyin böyük, əlçatmaz zirvə olduğunu bildirdilər. Həmçinin, Vətən, torpaq uğrunda şəhid olan oğullarımızla fəxr etdiklərini əlavə etdilər.
Bir 15 nəfər və bunu deyən yazı "Seyfeddin Qurb Elmar Haşi mov y4acTHиKи Leyla uliyeva HaйTи xayala BycaлиcmaйилoB LQ Leyla Quliyeva opraHи3aTop, Ramiz Goyushov HatamovaNurane 口 nabimm@ Semender.Menefov 5 Sama Yegana Dadaşova 81301858228 Narmin Bahram 1260554399335 Bineqedi Abbasov Hicran.. Aboyeva Rzazada Madina Amal.Asgarov Gülnara liAbbasov Ayla Etibar ender.Menefov SvMuayva Musayeva Bayaz Novruzova iPhone ser Namiq Tarverdiy... idan Baxtiyar Isgandarov Mardan Nicat İskandarova S Bineqedi r.Hicran Murselova A Ayxan Rzayev." şəkili ola bilər
Sonda tədbirdə 6 saylı Uşaq və Gənclərin Yaradıcılıq və İnkişaf Mərkəzinin bədii qiraət dərnəyinin üzvü Fidan Quliyeva “Aprel döyüşləri” adlı şeir ifa etdi və Muslim Maqomayev adına 26 saylı Onbirillik Musiqi Məktəbinin “Xalq çalğı alətləri ansamblı” tərəfindən hazırlanmış “Qələbə” kompozisiyası video-çarxı tədbir iştirakçılarına təqdim olundu.
Əvvəlki məqaləDİM buraxılış imtahanları ilə bağlı şagirdlərə müraciət edib
Növbəti məqalədəKüləkli havaya görə DYP hərəkət iştirakçılarına müraciət edib