Vilayət Eyvazov qazi atasına yüksək vəzifə verdi

0
55

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov Vətən Müharibəsi qazisi Musa Qasımzadənin atasına yeni vəzifə verib.

Bineqedi.info xəbər verir ki, nazirin əmri ilə polis mayoru Qubad Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.

Q.Qasımov bundan əvvəl həmin bölmədə sahə müvəkkili olub.

Qeyd edək ki, qazi M.Qasımzadə Prezidentin sərəncamı ilə “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.
Əvvəlki məqaləBinəqədidəki dəhşətli yanğından altı il keçir – FOTOLAR
Növbəti məqalədəYol polisindən sürücülərə MÜRACİƏT