Binəqədidə Vətən Müharibəsi şəhidləri yad edildi – Fotolar

0
56

Binəqədi rayonunda Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 27 sentyabr- “Anım Günü” münasibətilə II Fəxri Xiyaban və rayon ərazisində yerləşən Vətən Müharibəsi Şəhidlərinin xiyaban kompleksləri ziyarəti edildi.
Bineqedi.info-ya verilən məlumata görə, ziyarətdə Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Hüquq Mühafizə orqanları və şəhid ailələrinin üzvləri iştirak edirdilər.
Əvvəlcə Azərbaycanın suverenliyi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra din xadimi Hacı Rafayıl Abbasov tərəfindən 44 günlük Vətən müharibəsi zamanı şəhid olanların ruhuna dualar oxundu.
Daha sonra Rayon İcra Hakimiyyəti Başçısı Elxan Allahverdiyev açılış nitqi edərək bildirdi ki, 2020-ci ilin sentyabr ayından başlayan əks-hücum əməliyyatı nəticəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 gün ərzində ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdiyindən bəhs edərək, ordumuzun şücaətindən danışdı. “17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu. Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Şəhidlərimizin ruhu qarşısında baş əyirik” deyə, vurğuladı.
Çıxış edənlər Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov və Binəqədi Rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış idarəsinin rəisi polkovnik-leytenant Nicat Həsənov bildirdilər ki, “17 il ərzində Azərbaycanın Silahlı Qüvvələrində aparılan islahatlar, Müzəffər Ali Baş Komandan İlham Əliyev ordu quruculuğundakı davamlı fəaliyyətinin nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyulduğundan danışdı və əlavə etdi ki, Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. ”
Sonda qəhrəman oğullarımızın ailə üzvləri- şəhid əsgər Sahib Abbasovun atası Vahid Abbasov və İbrahim İbrahimovun bacısı Cahanxanım İbrahimova öz çıxış edərək bildirdilər ki, Azərbaycanın müstəqilliyini və ərazi bütövlüyünü hər şeydən üstün tutan, bu yolda ən uca Zirvə – Şəhidlik məqamına yüksələn igid Vətən oğulları ilə fəxr edirik. Şəhid atası övladının Vətən uğrunda həlak olduğunu və bununla fəxr etdiyini dedilər. O, övladının xatirəsinin əziz tutulduğuna, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkürünü bildirdilər.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli Sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi qərara alınmışdır.
Vətənimiz uğrunda canından keçən Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Allah rəhmət eləsin!

Bineqedi.info





Əvvəlki məqaləİlham Əliyev və Mehriban Əliyevanın iştirakı ilə Bakıda şəhidlərin xatirəsinə yürüş keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə keçirilən onlayn rəsm müsabiqəsinin nəticələri elan olunub