Binəqədidə 25 yaşlı gənc yol qəzasında ağır xəsarət alıb

0
88
bineqedi-tecili-yardim-qeza-bicaqlanma

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bineqedi.info saytı “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü S. Hafizi vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Əvvəlki məqaləBinəqədi sakinlərinə xidmət edən Sakinlərin Müraciət Xidmətinin yaradılmasından 9 il ötür
Növbəti məqalədəBNA Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verildi – Fərman