Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı “Report”a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Gülüstan yolu deyilən ərazidə avtomobil yolu keçən 1997-ci il təvəllüdlü S. Hafizi vurub. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.