Paşinyan: “Azərbaycanla sülh danışıqları dərhal başlamalıdır”

0
79
pasinyan

Ermənistanın baş naziri Nikol Paşinyan sülh sazişinin imzalanması üçün Azərbaycanla təcili danışıqlara başlamağın vacibliyini açıqlayıb.

“Dünyada və regionda vəziyyət gərgindir, biz gərginliyin səviyyəsinin azaldılması və fundamental həll yollarının tapılmasında özümüzü məsul hesab edirik. Düşünürük ki, Ermənistan və Azərbaycan arasında sülh danışıqları dərhal başlamalıdır”, – deyə Paşinyan hökumətin iclasında bəyan edib.

Onun sözlərinə görə, sərhədlərdə təhlükəsizliyin və sabitliyin yaxşılaşdırılması üzrə tədbirlərlə paralel olaraq sərhədlərin demarkasiyası və delimitasiyası üzrə işləri sürətləndirmək lazımdır.oxu.az

Əvvəlki məqalə

Im Überblick 2022888 Gluecksspieltempel

Növbəti məqalədəBinəqədidə qeyri-adi qəza: “Mercedes” iki “Prius”un üzərinə çıxdı – VİDEO