Binəqədidə qeyri-adi qəza: “Mercedes” iki “Prius”un üzərinə çıxdı – VİDEO

0
104
qeza-dyp-bineqedi

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Binəqədi rayonu Şövkət Məmmədova küçəsində qeydə alınıb.

Qəza zamanı “Mercedes” markalı avtomobilin sürücüsü idarəetməni itirərək, maşını eyni istiqamətdə hərəkətdə olan iki “Toyota Prius” markalı nəqliyyat vasitəsinin üzərinə çıxarıb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi maddi zərər dəyib.

Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.

Həmin videonu təqdim edirik:

Əvvəlki məqaləPaşinyan: “Azərbaycanla sülh danışıqları dərhal başlamalıdır”
Növbəti məqalədəMəhkəmə zalından azadlığa buraxılan müttəhim: “Oğurluq edib doğulacaq övladım üçün paltar aldım”