Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Binəqədi qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib – FOTOLAR

0
121
bineqedi-qebul
Qorxmaz Baxşiyev adına 179 nömrəli tam orta məktəbdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinlərilə səyyar qəbulu keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, görüşdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul şəxsləri, bələdiyyə və qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin əməkdaşları, xidmət sahələrinin rəhbərləri iştirak edirdilər.
Görüşdə iştirak edən sakinlər qəsəbədə görülmüş işlərlə bağlı rayon rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə məlumat verərək, görüşdə iştirak edən sakinlərin qəsəbədaxili asfalt örtükləri və kanalizasiya sistemlərinin yenidənqurma və təmiri, küçə işıqlarının təmin olunması, yaşayış evlərinin sənədləşdirilməsi, qəsəbədən şəhər istiqamətinə gediş-gəlişi asanlaşdırmaq üçün avtobusların sayının artırılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara tapşırıqlar verdi.
Bineqedi.info
May be an image of 5 people, people standing and indoorMay be an image of 8 people and people standing
May be an image of 2 people, people standing and indoor
May be an image of one or more people and people standing
May be an image of 7 people, people standing and indoor
May be an image of 3 people and suit
May be an image of one or more people and people standing
May be an image of 3 people, people standing and indoor
May be an image of 5 people, people standing and indoor
May be an image of one or more people, people standing and people sitting
May be an image of 10 people, people sitting, people standing and indoor
May be an image of 5 people, people sitting, people standing and indoor
Əvvəlki məqaləPrezident Avropa çempionatında iştirak edən Azərbaycan millisinin üzvlərini qəbul edib
Növbəti məqalədəBinəqədidə arvadını çəkiclə öldürməyə cəhd edən şəxsə hökm oxunub