Binəqədi Gənclər Evi hər kəs üçün açıqdır və əsas hədəflərimizdən biri üzvlərimizin sayını artırmaqdır.
Bineqedi.com xəbər verir ki, bunu Binəqədi Gənclər Evinin direktoru Lamiyə Kərimli bildirib.
Ölkənin inkişafında gənclər siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayan L.Kərimli deyib: “Fəaliyyət planımız artıq hazırdır. Komanda olaraq mütəmadi şəkildə gəncləri dinləməyə, onların fikir və təkliflərini öyrənməyə çalışırıq. Bu gün də bir neçə gənc maraqlı layihə ideyaları ilə çıxış etdi və dəyərli təkliflər səsləndirdi. Gənclər burada yalnız tədbirlərin iştirakçısı deyil, eyni zamanda, özləri də təlimlər keçirə, təşəbbüslərini reallaşdıra bilərlər. Bizim vəzifəmiz bunun üçün onlara lazımi şərait yaratmaqdır. Düşünürəm ki, bu, onların inkişafına mühüm dəstək olacaq. Gənclərə də bildirdim ki, öz təkliflərini bizimlə bölüşsünlər. Biz həmin ideyaları komanda şəklində müzakirə edərək uyğun layihələrin həyata keçirilməsinə dəstək göstərəcəyik”, – deyə Gənclər Evinin direktoru qeyd edib.

















