Yubiley konserti keçirilib – FOTOLAR

0
85
konsert-yubiley
2022-ci il həm musiqi həyatımzda, həm də hər bir azərbaycanlı üçün əhəmiyyətli bir ildir. Azərbaycan musiqi tarixinə adı qızıl hərflərlə yazılan, musiqisində Azərbaycanın hər bir güşəsi göz önündə canlanan, həzin melodiyalı, incə ruhlu bəstəkarımız F. Əmirovun 100 illik yubileyidir.
Eyni zamanda bəstəkarın adını daşıyan Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin 60 illik yubileyidir. Hər iki yubiley məktəb kollektivi üçün olduqca əhəmiyyətli, məsuliyyəti və qürur veririci bir hadisədir.
Bineqedi.info saytına verilən məlumata görə, bu münasibətlə 22 aprel tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında “F.Əmirov – 100, F. Əmirov adına 6 № li onbirillik İncəsənət məktəbi – 60 illik” yubileyinə həsr olunmuş konserti keçirildi. İlk olaraq qonaqlara filarmoniyanın foyesində sərgilənən Art-obyekt təqdim edildi. Piramida, üzrərində nar və onun içində yanan çıraq. Art-obyekt iki qədim mədəniyyətin vəhdəti kimi təqdim edilmişdir. Bu sanki bir prelüdiya idi. Piramidanın səthi üzrəində həm F.Əmirovun yaradıcılığına dair ekspanatlar, həm də məktəbin rəssamlıq və heykəltəraşlıq ixtisası üzrə təhsil alan şagirdlərin əl işləri, foto-şəkillər sərgilənmişdir.
Uzun müddətdir ki, gözlədiyimiz qələbəni biz unuda bilməzdik və foyedə xoreoqrafiya və xalq çalğı alətləri şöbəsinin müəllim və şagirdlərinin ifasında “Xarıbülbül” kompozisiyası (nağara ansamblının rəhbəri Cəfər Həsənov, müəllim Sanır Əliyev, xoreoqraf Z.İbrahimova, T.Mustafayev) təsirli bir obraz yaratmış, viran edilən torpaqlarımızı yağı düşməndən azad edən igid mərd oğullarımız və əsirlikdən, tənhalıqdan xilas edilmiş Xarıbülbül obrazlı təsvir olunmuşdur.
Tədbirin aparıcısı musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, məktəbin tədris işləri üzrə direktor müavini Lətifəxanım Əliyeva çıxışında hər iki yubiley münasibətilə məktəbə ünvanlanan təbrik teleqramları haqqında qonaqlara məlumat verdi.
Qonaqlar arasında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin Əməyin Texniki müfəttişi Ç.İbrahimov da çıxışlarında məktəbin fəaliyyətini yüksək qiymətləndirdiklərini qeyd etdilər.
Sonra isə bir-birinin ardınca məktəbin beynəlxalq müsabiqələr laureatı olan şagirdləri R.Zülfüqarov (VIII s.m.M.Tağızadə), E.Yusifov (VIII s.ş m.Q.Həsənov), T.Cəfərzadə (VI s.ş. m.G.Zairova), Ə.Manaflı (V s. ş. m.S.Süleymanlı), S.Quliyev ( V s.ş. m.K.Novruzbəyova), E.Hüseynzadə (IV s.ş. m.M.Tağızadə), H.Hacıyeva (VII s.ş. m.G.Süleymanova) Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestri ilə birgə ifaları (dirijor Mustafa Mehmandarov) tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
Konsertin sonunda bəstəkar, professor Adilə Yusifovanın Qarabağ Zəfərinə ithaf olunmuş “Azərbaycan bayrağı” kantatasının premyerası oldu. İlk dəfə səslənən əsər həm qonaqları, həm iştirakçıları bir bayraq altında birləşdirdi. Rəna Mirzəyevanın şerinə yazılmış əsərin ifasını dinlərkən bizlər musiqimiz üçün əhəmiyyətli olan tarixi anları yaşadığımıza görə fəxr hissi keçirirdik. Simfonik orkestr, xor, uşaq xoru və xanəndə üçün nəzərdə tutulan kantata Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər G. İmanova), F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbinin xoru (xormeysterlər – Ü.Məstanova, İ. Aslanova) və C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin xoru (bədii – rəhbər M. Orucova), Xırdalan ş. Onbirillik Musiqi Məktəbi beynəlxalq və respublika laureatı IV s.ş. xanəndə F.Xəlilinin (m. Q.Əliyev) birgə ifasında səsləndi. Kantatada igidlərimizin mübarizəsi, müharibənin dəhşəti, anaların həyacanı, xalqımızın məğrurluğu, şəhidlərimizin qanı bahasına əldə edilmiş qələbə və azad edilmiş torpaqlarımızda dalğalanan üç rəngli bayrağın əzəməti əks olunmuşdur.
Bineqedi.info
May be an image of 2 people and people standing
May be an image of 5 people, people standing and indoor
May be an image of 5 people, people standing and indoor
May be an image of 8 people, people standing and indoor
May be an image of 13 people, people standing and indoor
May be an image of one or more people, people playing musical instruments and indoor
May be an image of 3 people and indoor
May be an image of 5 people, people sitting, people standing and indoor
May be an image of 9 people, people playing musical instruments and indoor
May be an image of 6 people, people playing musical instruments, people standing and indoor
May be an image of 2 people, people standing and indoor
May be an image of 2 people and indoor
Əvvəlki məqaləBinəqədidə narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbir – FOTOLAR
Növbəti məqalədəBinəqədidə avtomobil 10 yaşlı uşağı vuraraq xəsarət yetirib