Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə Binəqədi rayon 248 nömrəli tam orta məktəbdə narkomaniyaya qarşı mübarizə mövzusunda maarifləndirici tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları Sahil Hüseynzadə, Səadət Quliyeva, Binəqədi rayon 248 nömrəli tam orta məktəbin rəhbərliyi və kollektivi, Binəqədi Gənclər Evinin psixoloqu Nərmin İsmayılova, Gənclər Evinin kollektivi və məktəblilər iştirak etmişdir.
İlk öncə psixoloq Nərmin İsmayılova məktəblilərlə narkomaniya və zərərli vərdişlərə qarşı mübarizə, onların fəsadları mövzusunda müzakirələr aparmış, məktbəlilərin fikirləri dinlənilmiş, psixoloq tərəfindən onlara tövsiyələr verilmişdir.
Tədbirin növbəti hissəsində Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsində fəaliyyət göstərən Teatr klubu tərəfindən maarifləndirici tamaşa göstərilmişdir. Tamaşa bir gəncin düçar olduğu ağ ölümlə mübarizəsindən bəhs etmiş və məktəblilər tərəfindən maraqla izlənilmişdir.
Sonda Binəqədi Gənclər Evi sosial xidmət müəssisəsinin direktoru Günel Həsənova və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sahil Hüseynzadə tərəfindən klub üzvləri və klubun rəhbəri Tural Əsgərov təşəkkürnamələrlə təltif olunmuşdur.
Bineqedi.info
















