Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı çərçivəsində aviaşou başlayıb.
Şou Türkiyə qırıcı və təlim təyyarələrinin iştirakı ilə baş tutub.
“Azərbaycanda Türkiyənin texnologiya parklarına bənzəri qurulacaq”.
Bineqedi.info xəbər verir ki, bunu Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib.
Onun sözlərinə görə, bununla bağlı Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq protokolu imzalanacaq: “Məqsəd startapların gəlməsi və onların inkişaf etdirilməsidir”.
O əlavə edib ki, KOB-larla bağlı bir müqavilə imzalanacaq: “Ümumiyyətlə, iki ölkə arasında iqtisadi əməkdaşlığı genişləndirilməsinə dair 3-4 müqavilə imzalayacağıq”.
Qeyd edək ki, Azərbaycanda Yüksək Texnologiyalar Parkı Prezident İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli Sərəncamı ilə Milli Elmlər Akademiyası nəzdində yaradılıb. AMEA Yüksək Texnologiyalar Parkının yaradılmasında məqsəd iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasına, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan innovasiya və yüksək texnologiya sahələrinin genişləndirilməsinə, elmi tədqiqatların aparılmasına və yeni texnologiyaların işlənilməsi üzrə müasir komplekslərin yaradılmasına dövlət dəstəyini daha da artırmaqdır.
Selçuk Bayraktar: “Bakıda, qardaşlarımızla birlikdə olmağa məmnunam. Bir millət, iki dövlət olaraq qardaşlığımız dəfələrlə sınandı və şükürlər olsun, hər dəfə bu bağlarımız daha da qüvvətləndi. 1918-ci ildə Bakını İstanbuldan ayrı görməyən Nuru Paşa komandanlığında Qafqaz İslam Ordusu da, Qarabağa xidmət edən milli PUA-ları yaradan türk mühəndislər də eyni ruhu rəhbər tutdu. Bizim də ürəyimizdə bir yara olan Qarabağ, eyni zamanda qardaşlığımızın zirvəsidir. Ruhlarınız şad olsun. Bu vəsilə ilə Qarabağı təkrar vətən torpağı halına gətirən, zəfərin əsl memarı olan şəhidlərimizi anmaq istəyirəm. Azərbaycanda bizə yaxın olan bir atalar sözü var: Dost yaman gündə tanınar. Bax bunun sayəsində ən yaman gündə belə bir yerdə idik. İnşallah dünya üzərində son günümüzə qədər bir yerdə olmağa davam edəcəyik”.