Binəqədidə obyektdə güclü yanğın olub – VİDEO

0
8979
bineqedi-yangin.png

Bakı şəhərinin Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində yerləşən obyektdə yanğın baş verib.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

FHN-in yaydığı son məlumata görə, obyektdə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 





Əvvəlki məqaləBinəqədidə külək hasarı aşırdı – Qadın daşların altında qalıb öldü – VİDEO