Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və Binəqədi Gənclər Evinin dəstəyi ilə Milli Gənclik Hərəkatı tərəfindən Binəqədi Gənclər Evində 28 May – Müstəqillik Gününə həsr edilmiş tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Bakı Dövlət Universitetinin müəllimləri Boran Əziz , İsa Quliyev, Dövlət Gömrük Komitəsi Akademiyasının Tələbə Elmi Cəmiyyətinin hüquq bölməsinin sədri Ramazan Əsgərxanov və akademiyanın tələbələri iştirak ediblər.
Qonaqlar çıxış edərək iştirakçılarla öz fikirlərini bölüşüblər.
Bineqedi.info